19 
İyn
2021
13:13
151
10
1979
Virtual karabakh

Ceyhun Bayramov üçtərəfli komissiyanın işindən danışdı

19 İyn, 2021
13:13
1979

Ceyhun Bayramov üçtərəfli komissiyanın işindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli komissiyasının işini fəal şəkildə təşviq edir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Xarici İşlər naziri Ceyun Bayramov Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları” mövzusunda keçirilən müzakirələrdə deyib.

O bildirib ki, Azərbaycan kommunikasiyaların, yeni nəqliyyat marşrutlarının açılması istiqamətində iş aparır.  

“Bu, təkcə Azərbaycanla Ermənistana yox, digər region ölkələrinə də əlavə imkanlar qazandıracaq”, - deyə C.Bayramov əlavə edib.

Qeyd edək ki, bu ilin yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri