19 
İyn
2021
14:33
412
20
2610
Virtual karabakh

Pol Qobl: “Azərbaycan və Türkiyə düzgün istiqamətdə irəliləyirlər”

19 İyn, 2021
14:33
2610

Pol Qobl: “Azərbaycan və Türkiyə düzgün istiqamətdə irəliləyirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasındakı son görüş mütəxəssislərin diqqət mərkəzində olmaqda davam edir. Liderlər nədən danışdılar? Cənubi Qafqaz və bu yaxınlarda Qarabağ uğrunda Azərbaycanın qalib gəldiyi müharibə məsələləri müzakirə olunubmu?

Məşhur amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl fikirlərini Caliber.Az-la bölüşüb:

“Hesab etmirəm ki, Co Bayden və Vladimir Putin arasında Cənubi Qafqazla bağlı danışıqlar olub. Ümumiyyətlə, hər iki lider fikir ayrılığının necə həll ediləcəyi barədə danışmaqdansa, öz mövqeyini ifadə etmiş kimi görünür. Düşünürəm ki, indi müzakirələr daha çox nazirlər və səfirlər səviyyəsində aparılacaq.

Ancaq deyərdim ki, ən vacib hadisə 16 iyunda baş verənlər  (ABŞ və Rusiya Federasiyası liderlərinin Cenevrədəki görüşü - red.) yox, Azərbaycan və Türkiyə prezidentləri arasındakı danışıqlar və Şuşada bəyannamənin imzalanmasıdır. Bu vəziyyəti dəyişdirdi və Türkiyəni gələcək müzakirələrdə vacib oyunçuya çevirdi.

Baş verənlər Azərbaycanın xeyrinə işləyir və çətin ki, Rusiyanı sevindirir. Minsk qrupuna gəldikdə: işlərin daha da irəliləməsi üçün qrup ya genişləndirilməli, ya da dəyişdirilməli, ya da ümumiyyətlə dağıdılmalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada verdiyi açıqlamalar və Ankaraya qayıtdıqdan sonra dəhlizə (Zəngəzurda - red.) dəstək olaraq bu sözləri təkrarlaması məni çox sevindirdi. 30 il əvvəl ərazilərin mübadiləsini təklif etdim (1992-ci ildə müsahib “Qobl Planı” adlı bir memorandum hazırladı. Orada Qarabağ münaqişəsinin ərazi mübadiləsi yolu ilə həll edilməsi ideyasını irəli sürdü. Bu plana görə, Azərbaycana Qarabağ və Ermənistan arasındakı Laçın dəhlizinin əvəzinə Ermənistanın Mehri bölgəsindən Naxçıvana dəhliz təklif edildi - red.). Və mən təklifimin həyata keçirilməməsinə çox şadam.

Ermənistan və Rusiyanın narazı qalması onu göstərir ki, Azərbaycan və Türkiyə Ermənistana güzəştə getmədən Bakının çoxdan ümid etdiyi şeyə çatmağa doğru irəliləyir.

Ermənistan isə ola bilsin ki, “mənim planım”ın istifadə olunmasını nəzərdə tuturdu”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri