19 
İyn
2021
16:22
209
17
1549
Virtual karabakh

Ceyhun Bayramov: “Şuşa Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır”

19 İyn, 2021
16:22
1549

Ceyhun Bayramov: “Şuşa Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Şuşa Bəyannaməsinin imzalanması bir tərəfdən gələcək üçün birmənalı olaraq böyük əhəmiyyətə malik, son dərəcə vacib və tarixi hadisədir. Digər tərəfdən, bu, tamamilə təbiidir. Belə ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dəstək müttəfiqlik səviyyəsindədir".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov CBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu bəyannamə çox geniş, çoxistiqamətli, çoxşaxəli bir sənəddir: "Sənəd inkişaf və bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün çox ciddi əsas yaradır".

Xatırladaq ki, Ceyhun Bayramov iyunun 18-dən 20-dək davam edəcək Antalya Diplomatiya Forumunda iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri