20 
İyn
2021
14:10
510
19
1756
Virtual karabakh

Çavuşoğlu: “Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin ittifaq səviyyəsinə qalxdığı bir sənəddir”

20 İyn, 2021
14:10
1756

Çavuşoğlu: “Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin ittifaq səviyyəsinə qalxdığı bir sənəddir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında münasibətlərin ittifaq səviyyəsinə qalxdığı bir sənəddir”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Möclud Çavuşoğlu “Antalya Diplomatiya Forumu”nun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İki lider tərəfindən imzalanan bu sənəd bir çox məsələni əhatə edir. Sənədin xüsusən Şuşada imzalanması fərqli bir anlam daşıyır”, - deyə Çavuşoğlu bildirib.

Türkiyə XİN lideri həmçinin Şuşada baş konsulluq açılması məsələsinə də toxunub:

“Şuşada Baş konsulluq açılması barədə liderlərimiz qərar qəbul edib. XİN olaraq bizə düşən vəzifə isə ən qısa zamanda rəsmi prosedur tamamlandıqdan sonra Şuşada baş konsulluğumuzu açmaq və baş konsulumuzu və iş yoldaşlarını oraya göndərməkdir. Orada Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalanacaq, inşallah”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri