20 
İyn
2021
18:32
352
18
1857
Virtual karabakh

Ceyhun Bayramov Ermənistanla sərhəd məsələsi barədə: “Azərbaycan məsuliyyətli davranır”

20 İyn, 2021
18:32
1857

Ceyhun Bayramov Ermənistanla sərhəd məsələsi barədə: “Azərbaycan məsuliyyətli davranır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İki ölkə arasında indiyə qədər sərhəd xətti mövcud olmayıb. Bunun səbəbi işğaldır. Torpaqlarımız 30 il işğal altında olduğu üçün Azərbaycan sərhədlərinə nəzarət edə bilmirdi”.

Bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, ötən il baş tutmuş 44 günlük müharibə ilə ölkə olaraq ərazi bütövlüyümüzü təmin etdik və Ermənistanla aramızda 398,7 kilometrlik sərhəd boyu nəzarət yaratdıq:

“Tərəflər arasında sərhəd xətti mövzusunda fikir ayrılıqları, fərqli yanaşmalar var. Çünki Sovet İttifaqı dövründə yalnız inzibati sərhədlər mövcud idi. Tərəflərdə xəritələr var və bu xəritələr bəzi ərazilərdə fərqlilik göstərir. Bizim mövqeyimiz belədir: tərəflər arasında işçi qruplar yaradılmalı, mütəxəssislər xəritələri araşdıraraq sərhəd xəttini müəyyən etməlidir. Azərbaycan məsuliyyətli davranır və sərhəddə daha böyük gərginlik olmaması üçün əlindən gələni edir”.

C.Bayramov həmçinin rəsmi Bakının Qarabağda atəşkəsin monitorinqi çərçivəsində yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri