21 
İyn
2021
13:28
116
10
1247
Virtual karabakh

Azərbaycanın xarici işlər naziri üçtərəfli bəyanatdan danışdı

21 İyn, 2021
13:28
1247

Azərbaycanın xarici işlər naziri üçtərəfli bəyanatdan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il yanvarın 11-də imzalanan üçtərəfli bəyanat regionda yeni kommunikasiyaların açılmasını, nəqliyyat, tranzit koridorlarının yaradılması ilə əlaqədardır”. 

Oxu.Az-ın məlumatına görə, Ceyhun Bayramov bu barədə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə keçirdiyi birgə mətbuat konfransında deyib. 

O bildirib ki, həmin bəyanatın icrası ilə bağlı bəzi ləngimələr müşahidə edilir.

“Bunun müxtəlif səbəbləri ola bilər. Lakin əsas səbəblərdən biri Ermənistanda bu müddət ərzində müşahidə edilən dərin siyasi böhrandır”.

Qeyd edək ki, bu ilin yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri