21 
İyn
2021
13:36
89
29
2479
Virtual karabakh

Ceyhun Bayramov Ermənistandakı seçkilərin nəticələrindən DANIŞDI

21 İyn, 2021
13:36
2479

Ceyhun Bayramov Ermənistandakı seçkilərin nəticələrindən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonrakı vəziyyət barədə mövqe açıqlayıb. 

Oxu.Az-ın məlumatına görə, C.Bayramov qazaxıstanlı həmkarı ilə keçirilən mətbuat konrafsında deyib:

“Seçkilərdən sonra yeni hökumət formalaşacaq. Düşünürük ki, Ermənistanın siyasi rəhbərliyi ölkədə yaranan böhranın real nəticələrini anlayacaq və düzgün nəticələr çıxaracaq”. 

Ermənistanda Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92 % (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04 % (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Mənim şərəfim var” bloku 5,23 % (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 % (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri