21 
İyn
2021
13:34
318
33
3506
Virtual karabakh

Prezident yol tikintisinə 13,5 milyon manat ayırdı - SƏRƏNCAM

21 İyn, 2021
13:34
3506

Prezident yol tikintisinə 13,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsindən 13,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri