21 
İyn
2021
14:02
149
9
1398
Virtual karabakh

Qazaxıstanlı nazir üçtərəfli bəyanatların əhəmiyyətini şərh etdi

21 İyn, 2021
14:02
1398

Qazaxıstanlı nazir üçtərəfli bəyanatların əhəmiyyətini şərh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümid edirik ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il və cari ilin 11 yanvar tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsi regionda uzunmüddətli sülhə zəmin yaradacaq, Cənubi Qafqazın stabil və təhlükəsiz inkişafına təkan verəcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

“Regionda vəziyyətin stabilləşməsi Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizinin reallaşmasını nəzərə alaraq, Xəzər liman infrastrukturu artan potensialın açılması üçün yeni şərtlər yaradır”,- deyə o əlavə edib. 

Nazir qeyd edib ki, son illər ərzində Azərbaycan struktur və institusional islahatların aparılmasında, sosial-iqtisadi inkişafda, biznes və investisiya üçün əlverişli imkanların yaradılmasında həqiqətən də nəzərəçarpacaq uğurlara imza atıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri