21 
İyn
2021
14:52
1000
17
3524
Virtual karabakh

Ombudsman minaların yaratdığı ağır nəticələrlə bağlı hesabat yayımladı

21 İyn, 2021
14:52
3524

Ombudsman minaların yaratdığı ağır nəticələrlə bağlı hesabat yayımladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ombudsmanın işğaldan azad olunmuş ərazilərdə işğal müddətində və daha sonra basdırılmış minaların yaratmış olduğu ağır nəticələrlə bağlı hesabatı yayımlanıb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan tələfatı ilə bağlı Ad hoc hesabat ünvanlayıb.

Hesabatda Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə yanaşı, düşmən tərəfin silahlı qüvvələrinin və diversant qruplarının həm Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı, həm də münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə basdırdığı minaların partlaması nəticəsində baş verən çox sayda insan tələfatı barəsində məlumat verilib. Bundan əlavə, hesabatda Ermənistanın beynəlxalq hüquqla yanaşı, beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozması hüquqi cəhətdən əsaslandırılıb.  

Hesabatın məqsədi Ermənistanın uzun müddət Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxladığı zaman mina və digər partlayıcı qurğular basdırması faktlarını, Ermənistan tərəfinin hələ də mina xəritələrinin hamısını verməkdən imtina edərək beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. 

Ombudsman hesabatda Ermənistan dövlətinin beynəlxalq hüquq və beynəlxalq hümanitar hüquq normalarına, insan hüquqlarına etinasız yanaşaraq hələ də mina xəritələrinin hamısını verməkdən imtina etməsi, bununla 30 il müddətində doğma yurdlarından didərgin düşmüş, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə maneə törətməsi ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını günahsız insanların həlak olmasına, sağlamlıqlarının itirilməsinə və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri