21 
İyn
2021
14:44
213
9
3777
Virtual karabakh

Ukraynalı ictimai xadim: “Kiyevdə də Bakının mərkəzində olduğu kimi olmasını istərdim”

21 İyn, 2021
14:44
3777

Ukraynalı ictimai xadim: “Kiyevdə də Bakının mərkəzində olduğu kimi olmasını istərdim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Kiyev şəhər administrasiyasının nümayəndələri və Kiyev şəhər şurası deputatlarının da daxil olduğu Ukrayna nümayəndə heyəti Bakıya gəlib.

Bu gün Caliber.Az tanınmış ukraynalı siyasi və ictimai xadim, Kiyev şəhər şurasının deputatı, Büdcə və Sosial-İqtisadi İnkişaf məsələləri üzrə Daimi Komissiyanın sədrinin birinci müavini, Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetinin professoru Alla Şlapak ilə söhbət edib.

O, infrastrukturun inkişafı baxımından Bakının çox xoşuna gəldiyini, şəhərin çox təmiz, sakinlərinin isə qonaqpərvər olduğunu deyib.

- Kiyev bələdiyyə sədri olsaydınız və Azərbaycan və Ukraynanın paytaxtlarının müsbət və mənfi cəhətlərini müqayisə etsəydiniz, nələrə diqqət yetirərdiniz? Bir-birilərindən nəyi öyrənə bilərlər?

- Bakı ilə Kiyev sakinlərinin sayı demək olar ki, bərabərdir - təxminən üç milyon. Bakının mərkəzində gördüklərimə gəlincə, ictimai nəqliyyatdan təsirləndim. Kiyevdə də sizdəki kimi olmasını istərdim. Bundan əlavə, Bakıda “yaşıl zonalar” çox səriştəli şəkildə yaradılıb. Belə abad, rahat “yaşıl adaları” görmək çox xoşdur.

- Mən koronavirus pandemiyasından əvvəl tez-tez Kiyevdə olurdum. Həmişə təəccüblənirdim ki, mərkəzi küçədən o biri küçəyə keçən kimi, sanki dərhal özünü başqa bir gerçəklikdə görürsən (dağılmış yollar və sair)...

- Mən bu barədə deyirdim. Kiyevdə də Bakının mərkəzində olduğu kimi olmasını istərdim.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri