21 
İyn
2021
20:48
1005
42
3612
Virtual karabakh

Ərdoğan: “Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq”

21 İyn, 2021
20:48
3612

Ərdoğan: “Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

“TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.

İclasdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

“Şuşa bəyannaməsi ilə münasibətlərimizdə yeni bir dövr başlatdıq. Azərbaycanla bir çox anlaşmanı yaxın zamanda imzalayacağıq, qardaşlığımızın hüquqi təməlini gücləndirəcəyik”, deyə Ərdoğan bəyan edib.

Qeyd edək ki, toplantıda alınan qərara əsasən, iyulun 1-dən etibarən Türkiyədə pandemiya səbəbindən tətbiq olunan komendant saatı ləğv olunacaq. Bununla yanaşı, bir sıra məhdudlaşdırıcı tədbirlər də yumşaldılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri