22 
İyn
2021
12:17
31
73
2923
Virtual karabakh

Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişikliklər nə zaman qüvvəyə minəcək? - RƏSMİ

22 İyn, 2021
12:17
2923

Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişikliklər nə zaman qüvvəyə minəcək? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliyin təyin olunması ilə bağlı 60 qanuna edilən dəyişikliyi üçüncü oxunuşda şərh edib. 

Oxu.Az-ın xəbərinə görə, M.Quliyev bildirib ki, əlilliyin orqanizmin funksiyasının pozulmasına görə qiymətləndirilməsi zamanı meyarların cədvəlində olan xəstəliyə uyğun əlillik təyin olunacaq. 

O məsələni belə izah edib: 

“Məsələn, tək böyrəyin zədələnməsi xroniki böyrək çatışmazlığı 80 faiz əlillik kimi qiymətləndirilir. Dərəcələr arasındakı qiymətləndirmə 1 faiz aralığı ilə deyil, 5 faiz aralığı ilə differensiallaşdırılacaq”. 

Deputat bildirib ki, dəyişikliklərin 1 iyul 2022-ci il tarixindən qüvvəyə minməsi gözlənilir. 

Bundan əvvəlki layihələrin mətnində isə dəyişikliklərin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri