22 
İyn
2021
12:24
24
124
4425
Virtual karabakh

Parlament əlillik təyinatı ilə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi

Milli Məclisin bu gün keçirilən iclasında əlillik meyarlarının müəyyən olunması ilə bağlı 60 qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul edilib. 

Qeyd edək ki, dəyişikliklər 2018-ci ildə qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun və onun tətbiqi ilə bağlı Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədardır.

Dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir. 

Dəyişikliklərə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri