23 
İyn
2021
17:32
6
51
1377
Virtual karabakh

QDİƏT PM-ə yeni sədr seçildi, daha bir ölkə quruma üzv oldu

23 İyn, 2021
17:32
1377

QDİƏT PM-ə yeni sədr seçildi, daha bir ölkə quruma üzv oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 57-ci Baş Assambleyasının onlayn formatda iclası keçirilib.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda Milli Məclisi QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev və Ramin Məmmədov təmsil ediblər.

İclasda əvvəlcə Şimali Makedoniya Respublikası Parlamentinin qurumun tam üzvlüyünə qəbulu məsələsi müsbət həll edilib.

Toplantıda çıxış edən QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Şimali Makedoniyanın qurumda üzvlüyünün 2022-ci ilin yanvarından başlamasına baxmayaraq, nümayəndə heyətinin bu gündən QDİƏT PM-in bütün iclaslarında məşvərətçi səslə iştirak edə biləcəyini bildirib.

Sonra tədbirdə QDİƏT PM sədrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni sədrin seçkisi keçirilib. Yeni sədr Rumıniya Deputatlar Palatasının sədri Lüdoviq Orban seçilib. İclasda nümayəndə heyətlərinin yeni deputatlarının mandatları, 56-cı Baş Assambleyanın protokolu və QDİƏT PM-in son 6 aylıq fəaliyyəti haqqında hesabatı da təsdiq edilib.

İclasda QDİƏT PM sədrinin yeni müavinləri də seçiləndən sonra Baş Assambleyada “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu” mövzusunda komitələrdə hazırlanmış məruzələrin və onlara tövsiyələrin müzakirəsi keçirilib.

Toplantıda “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu” mövzusunun iqtisadi, hüquqi və siyasi aspektləri ilə bağlı məruzə və tövsiyələrin müzakirəsi Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin sədrliyi ilə aparılıb.

İclasda sonuncu müzakirə olunan məsələ - maliyyə auditi ilə bağlı hesabat da Baş Assambleya tərəfindən təsdiqlənib.

Tədbirin yekununda bildirilib ki, QDİƏT PM-in Baş Assambleyasının 58-ci sessiyasının bu il noyabrın 25-də Rumıniyada keçirilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri