30 
İyn
2021
14:56
378
27
5893
Virtual karabakh

Azərbaycan Ermənistana sərhədlərin müəyyənləşməsi üçün ikitərəfli danışıqlara başlamağı təklif edib – RƏSMİ

30 İyn, 2021
14:56
5893

Azərbaycan Ermənistana sərhədlərin müəyyənləşməsi üçün ikitərəfli danışıqlara başlamağı təklif edib – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hazırda Ermənistanla dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.

Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur.

“Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”, - deyə o əlavə edib.

Nazir qeyd edib ki, Azərbaycan silahlı qarşıdurmanın sona çatması ilə yaranan sülh, təhlükəsizlik və əməkdaşlıq vizyonunu reallaşdırmaq üçün QDİƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsini gözləyir.

“Azərbaycan ortaya çıxan fürsətlərin Təşkilat və ayrı-ayrı üzv dövlətləri tərəfindən lazımi səviyyədə başa düşüləcəyini və adekvat şəkildə qiymətləndiriləcəyini arzulayır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri