İyl
2021
14:55
96
41
2641
Virtual karabakh

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ilk məzunlarına diplomlar təqdim edilib - FOTO

6 İyl, 2021
14:55
2641

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ilk məzunlarına diplomlar təqdim edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 2021-ci il məzun buraxılışına həsr olunan tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev, ölkəmizdə səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə, təhsil naziri Emin Əmrullayev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Universitetin rektoru Əziz Əliyev çıxış edərək, universitetin fəaliyyətinə verdiyi dəstəklərdən dolayı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirib. Məzunlara isə gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra universitetin ilk 87 məzununa diplomlar təqdim edilib.

Könül Cəfərli

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri