İyl
2021
15:16
160
70
1732
Virtual karabakh

Peskov: “Qarabağla əlaqəli Azərbaycanla təmaslar davamlıdır”

8 İyl, 2021
15:16
1732

Peskov: “Qarabağla əlaqəli Azərbaycanla təmaslar davamlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ məsələsində Azərbaycanla əlaqələr daim üçtərəfli razılaşmaların icrası çərçivəsində həyata keçirilir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada Vladimir Putinlə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş verən görüşdən sonra Azərbaycan tərəfi ilə hər hansı bir danışıqların planlaşdırılıb-planlaşdırılmayacağına dair sualı cavablandırarkən deyib.

“Azərbaycan tərəfi ilə təmaslar davamlı şəkildə aparılır. Hamı üçtərəfli müqavilələrin müddəalarının həyata keçirilməsinin çox vacib olduğunu və alternativinin olmadığını qəbul edir. Və bu icra çərçivəsində həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə təmaslar qurulur”, - deyə Peskov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri