24 
İyl
2021
17:56
300
27
4425
Virtual karabakh

Jurnalistlərin şəhid ailələri ilə bağlı təşəbbüsü sosial sifarişin tərkib hissəsidir

24 İyl, 2021
17:56
4425

Jurnalistlərin şəhid ailələri ilə bağlı təşəbbüsü sosial sifarişin tərkib hissəsidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə göstərilir ki, jurnalistlər üçün tikilən 3-cü binadakı evlər şəhid ailələrinə verilsin. Müraciəti imzalayanlar arasında tanınmış jurnalistlər də var.

Yaxşı təşəbbüsdür. Şəhidlər, onların ailələri dövlətin sosial siyasətində prioritetdir.

Azərbaycan Vətən müharibəsini şəhidlərin hesabına qazandı. Torpaqların azadlığı uğrunda canından keçən hər bir şəhid, yaralanan qazi başımızın tacıdır.

Bu baxımdan şəhid ailələrinin, qazilərin sosial şəraitinin yaxşılaşdırılmasını jurnalistlər də dəstəkləyir, cəmiyyət də, xalq da.

Ona görə də, jurnalistlərin təşəbbüsü şəhid ailələrinə dəstək üçün sosial sifarişin tərkib hissəsidir.

Dövlət şəhid ailələrini həmişə diqqətdə saxlayır, jurnalistlərin müraciəti isə jestdir. Jurnalistlər istəyir ki, indi şəhid ailələrinə ev verilməsində onların da əməyi olsun. Şəhid ailələrinə veriləcək evlər şəhid övladlarının gələcəyi üçün də vacibdir.

Qeyd edək ki, ilin sonuna qədər daha 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri