26 
İyl
2021
14:04
174
18
2246
Virtual karabakh

Ceyhun Bayramov sülhə maneə yaradan amilləri açıqladı - VİDEO

26 İyl, 2021
14:04
2246

Ceyhun Bayramov sülhə maneə yaradan amilləri açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların bəzi müddəalarının icrasında bir sıra çətinliklər var. Buna səbəb Ermənistan tərəfindən sərgilənən mövqedir”.

Nazir qeyd edib ki, Ermənistanın addımları bölgədəki vəziyyətə təhdiddir. Onun sözlərinə görə, Ermənistan həmin bəyanatların icrasına birmənalı maneələr törədir.

“10 noyabr tarixli üçtərəfli bəyanatda göstərilib ki, bütün hərbi əməliyyatlar dayandırılır. Bu o deməkdir ki, hərbi əməliyyatla bilavasitə və dolayı bağlı olan təhdidlər aradan götürülməlidir. Lakin bu gün Ermənistan işğaldan azad edilmiş ərazilərdə basdırılan minaların xəritələrini vermir. Minaların mövcudluğu isə hərbi əməliyyatların tərkib hissəsidir”, - deyə C.Bayramov əlavə edib.

Nazir bu yaxınlarda Ermənistanın Ağdam, Füzuli və Zəngilanın mina xəritələrini təqdim etdiyini də xatırladıb:

“Ermənistan isə bundan əvvəl mina xəritələrinin olduğunu inkar edirdi. Bu nə deməkdir? Niyə mina xəritələri tədricən verilməlidir?”.

Nazir onu da bildirib ki, üçtərəfli bəyanatlar iqtisadi əlaqələrin yaranmasını da özündə ehtiva edir.

“Ermənistan bu gün üçtərəfli birgə işçi qrupundakı fəaliyyətini dayandırıb. Ermənistanda seçkilər bitib, indi də ziddiyyətli fikirlər eşidirik”.

Nazir Ermənistanla dövlət sərhədinin delimitasiyası məsələsinə də toxunub. O bildirib ki, Ermənistan prosesə mane olmağa çalışır.

“Destruktiv yanaşmalar prosesə xələl gətirir”, - deyə C.Bayramov əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri