26 
İyl
2021
18:07
270
27
4874
Virtual karabakh

İlham Əliyev Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO

26 İyl, 2021
18:07
4874

İlham Əliyev Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu olduğu vurğulanıb.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri