27 
İyl
2021
15:33
435
17
2354
Virtual karabakh

Pakistan parlamentinin sədri: “Azərbaycanın qələbəsi presedentsiz hadisədir”

27 İyl, 2021
15:33
2354

Pakistan parlamentinin sədri: “Azərbaycanın qələbəsi presedentsiz hadisədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin görüşü, üçtərəfli konfransın keçirilməsi üç ölkənin liderinin irəli sürdüyü təşəbbüsün nəticəsidir”. 

Oxu.Az xəbər verir ki, bunu Pakistan parlamentinin sədri Əsəd Qeysər Milli Məclisdə keçirilən görüşdə deyib.

O, Azərbaycanın Ermənistan üzərində qələbəsinin Pakistanda da qeyd edildiyindən şad olduğunu bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ermənistan üzərində qələbə qazanması həqiqətən də presedenti olmayan bir hadisədir. Allaha şükürlər olsun ki, Azərbaycan qələbə qazandı. Bütün şəhidlərin ruhunun şad olması üçün dualar edirəm”, - deyə Ə.Qeysər əlavə edib.

Parlament sədri Azərbaycan və Türkiyə hökumətlərinə Kəşmir məsələsində sərgilədiyi mövqeyə görə təşəkkür edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri