27 
İyl
2021
15:49
394
20
2059
Virtual karabakh

Azərbaycan, Türkiyə, Pakistan regionda bəzi məsələlərin həllinə çalışır - RƏSMİ

27 İyl, 2021
15:49
2059

Azərbaycan, Türkiyə, Pakistan regionda bəzi məsələlərin həllinə çalışır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə, Azərbaycan və Pakistan arasındakı köklü əlaqələr dostluq və qardaşlıq münasibətləri ilə səciyyələnir”. 

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycan parlamentində keçirilən üçtərəfli görüşdə deyib. 

O bildirib ki, perspektivdə üçtərəfli əməkdaşlıq daha da dərinləşəcək və parlament bu işə böyük töhfələr verəcək. 

M.Şəntop qeyd edib ki, beynəlxalq münasibətlərdə əlaqələr yalnız sülh və təhlükəsizlik şəraitində inkişaf edə bilər. 

“Buna görə də, Azərbaycan, Türkiyə və Pakistan olaraq yaxın coğrafiyamızı maraqlandıran və xroniki hal alan bəzi məsələlərin həlli üçün üzərimizə çox böyük məsuliyyət düşdüyünü anlayırıq”, - deyə M.Şəntop əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri