29 
İyl
2021
14:36
280
27
7375
Virtual karabakh

Duma Paşinyanın Azərbaycanla sərhəddə KTMT-nin missiyası ilə bağlı təklifini siyasi addım hesab etdi

29 İyl, 2021
14:36
7375

Duma Paşinyanın Azərbaycanla sərhəddə KTMT-nin missiyası ilə bağlı təklifini siyasi addım hesab etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla sərhəd boyu KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifi siyasi xarakter daşıyır.

“İnterfaks”ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

O, bu cür təhlükəsizlik məsələlərinin adətən pərdə arxasında həll olunduğunu vurğulayıb.

“Mətbuatın iştirakı ilə meydanlarda açıqlamalar siyasi xal qazanmaq, hökumət səviyyəsində, parlamentdə və ya digər yerlərdə özünütəsdiq üçün edilir”, - deyə Kalaşnikov əlavə edib.

O, Paşinyanın müvafiq fikirləri əvvəlcə RF Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etməli olduğunu hesab etdiyini bildirib.

Xatırladaq ki, Paşinyan KTMT-yə Ermənistan-Azərbaycan sərhədi boyunca monitorinq missiyası yerləşdirməyi təklif edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri