30 
İyl
2021
15:04
191
38
2716
Virtual karabakh

Politoloq: “Türkiyə və Rusiya ortaq dil tapa bilərlər, bu, ABŞ-ın xoşuna gəlmir”

30 İyl, 2021
15:04
2716

Politoloq: “Türkiyə və Rusiya ortaq dil tapa bilərlər, bu, ABŞ-ın xoşuna gəlmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ilə Rusiya həm Liviyada, həm Suriyada, həm də Qarabağda ortaq dil tapa bilərlər. Bu ABŞ-ın heç xoşuna gəlmir”.

Bu barədə Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova Caliber.Az-a danışıb.

O bildirib ki, burada iki xarizmatik lider- Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin amili rol oynayır. Onların hər ikisi də Qərbin siyasətinə zidd gedirlər, onlar Qərbin məcbur etdiyi şeyi etməyəcəklər.

“Əlbəttə, Rusiyanın S-400-lərinin Türkiyə tərəfindən alınması üçün ikinci müqavilə Türkiyə ilə Rusiya arasında yaxınlaşmanın qarşısını almaq istəyən Vaşinqtonun diqqətindən yan keçmədi. Amma bu mümkün deyil. Əlaqələr, dediyim kimi, hətta iki ölkə səviyyəsində deyil, iki lider səviyyəsində inkişaf edir”, - deyə politoloq qeyd edib.

R.Məmmədova vurğulayıb ki, bunu Türkiyə və Rusiya arasında bir tarazlıq olan Azərbaycan asanlaşdırır.

“İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin nəinki birlikdə addımlamaq, həm də birlikdə inkişaf etmək istəyirlər. Təsadüfi deyil ki, Avrasiya inkişaf modeli haqqında getdikcə daha çox məlumat eşidilir”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri