31 
İyl
2021
18:22
588
34
4454
Virtual karabakh

Putinlə Ərdoğan arasında telefon danışığı olub

31 İyl, 2021
18:22
4454

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Bu barədə kremlin.ru saytında məlumat verilib.

Söhbət əsnasında Rusiya lideri yanğınların söndürülməsində Moskvanın Ankaraya hərtərəfli kömək göstərməyə davam edəcəyini bildirib.

“Türkiyənin cənub bölgələrində baş verən meşə yanğınları nəticəsində yaranan fövqəladə vəziyyət müzakirə edildi. Bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edildi”, - deyə məlumatda bildirilir.

Söhbət zamanı Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri də nəzərdən keçirilib və bir gün əvvəl keçirilən ikitərəfli Hökumətlərarası Komissiya iclasının nəticələrinə müsbət qiymət verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri