Avq
2021
12:28
147
12
2110
Virtual karabakh

Yuri Şevtsov: “Ermənilər üçün Ermənistanın özü deyil, diaspor həyatı daha önəmlidir”

2 Avq, 2021
12:28
2110

Yuri Şevtsov: “Ermənilər üçün Ermənistanın özü deyil, diaspor həyatı daha önəmlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın dünyadakı erməni icması ilə işləmək üçün öz vasitələri var. Onlar yüz illər əvvəl yaranıb və nəsli tükənmiş Kilikiya mədəniyyəti ilə əlaqəlidir.

Bu barədə Belarusun Avropa İnteqrasiyası Problemləri Mərkəzinin direktoru Yuri Şevtsov (hansı ki, 2015-ci ildə Fransa Xarici İşlər Nazirliyinin analitik şöbəsi tərəfindən “Gələcəyin Adamı” adlandırılmışdı) Oxu.Az-a bildirib.

O, Fransanın hələ də güclü erməni lobbisi, Ermənistana rəğbəti və Aralıq dənizinin şərqində müəyyən şəraitdə vacib amil ola biləcək Ermənistana orientasiyasının olduğunu bildirib.

“Daha çoxunu deyəcəyəm. Diqqət edin, orta əsrlərdə ermənilər İranı Avropa ilə birləşdirən ipə çevrilmişdilər. Diaspora olan və Aralıq dənizində yaşayan ermənilərin isə Fransa ilə əlaqəli olduğu ortaya çıxıb”, - deyə Mərkəzin direktoru bildirib.

Ekspertin sözlərinə görə, bunlar ermənilərin müxtəlif qruplarıdır.

“Fransa erməniləri özünün tarixi ənənəsi ilə (şərti Kilikiya ilə əlaqəli) görür. Sizinlə biz isə erməniləri fərqli - yuxarıda qeyd etdiyimiz Qara dəniz bölgəsinin prizmasından görürük. Ancaq nə bu, nə də o biri qrup üçün ümumiyyətlə, ərazi vacib deyil”.

Müsahib vurğulayıb ki, ermənilər üçün Ermənistanın özü deyil, diaspor həyatı daha önəmlidir.

“Bu sözügedən millətin bir xüsusiyyətidir”, - Yuri Şevtsov sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri