Avq
2021
23:59
703
590
13003
Virtual karabakh

İlham Əliyev: “Polisə olan hörmət, dövlətə olan hörmətdir”

3 Avq, 2021
23:59
13003

İlham Əliyev: “Polisə olan hörmət, dövlətə olan hörmətdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrin icrası ilə əlaqədar zor tətbiq etməsi onu deputat mandatından məhrum etdi.

Azadlıqdan məhrumetmə yoluna gedən bu addım həm də, Eldəniz Səlimovun dövlət atributlarına olan münasibətini də göstərdi. 

Onun qanunverici orqanda olması, qanundan kənar düşüncə sahibi olması ilə üst-üstə düşə bilməzdi. Necə ki, Səlimov bunu əməli ilə sübut etmiş oldu.

Polisə kim əl qaldırar? Polisdən kim yaxa qurtarmağa çalışar? Polisi kim sevməz?
Bu sualların bir cavabı var. Cinayətkarlar, qanuna tabe olmaq istəməyənlər, qanundan kənar addıma meyilli olanlar.

Ümummilli liderimiz çıxışlarında bir məqamı daim xüsusi vurğulayırdı ki, Ermənistanın Azərbaycana təcavüzü dövründə ilk silaha sarılan polis olub. O zaman ordu olmayanda ön cərgədə polis idi. 

Hər zaman polisin xidmətini yüksək qiymətləndirən İlham Əliyev Azərbaycanda sabitliyin qorunması naminə polisin fədakar əməlini xüsusi qeyd edir. Polis əməkdaşları qanunun keşiyində dayanır deyən prezident bildirir ki, polisə olan hörmət, dövlətə olan hörmətdir. 

Daha ətraflı Baku TV-nin süjetində:

Reportajı Tural Müseyibov hazırlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri