Avq
2021
15:40
198
20
1478
Virtual karabakh

Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri ilə investisiya məsələlərini müzakirə edib

4 Avq, 2021
15:40
1478

Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri ilə investisiya məsələlərini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Ceyhun Bayramov ilə yapon həmkarı Motegi Toshimitsu arasında telefon danışığı baş tutub.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Ceyhun Bayramov hazırkı çətin vəziyyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib.

Tərəflər növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğulayaraq, bu xüsusda fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

Ceyhun Bayramov yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri