17 
Avq
2021
21:12
45
247
2482
Virtual karabakh

Aleksandr Qusev: “Avropa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlı olmaya bilər”

17 Avq, 2021
21:12
2482

Aleksandr Qusev: “Avropa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlı olmaya bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə regional kommunikasiyaların bərpası üzrə üçtərəfli komissiyanın öz işini bərpa etməyə hazır olması ilə bağlı son bəyanatı Bakıda da nəzərdən qaçmadı. Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində son günlərə qədər Ermənistanın Zəngəzur dəhlizinin açılmasına etiraz etdiyini, lakin bir neçə gün əvvəl orada da müsbət fikirlərin ortaya çıxdığını və artıq ermənilərin də məsələyə etiraz etmədiyini qeyd etdi.

Bölgədə cərəyan edən proseslərlə bağlı Oxu.Az-ın suallarını Rusiya Elmlər Akademiyasının professoru, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Qusev cavablandırıb.

O, bildirib ki, proseslərin həllinə ATƏT mütəxəssislərinin cəlb edilməsi ya vaxtuzatma cəhdi, ya da Nikol Paşinyanın bu Avropa qurumu ilə əlaqədar xam xəyallara qapılmasına işarədir.

“Burada məsələyə düzgün qiymət vermək üçün sadəcə Paşinyanı tanımaq lazımdır. O, Avropa meyilli siyasətçidir və Avropa institutlarının bölgədəki vəziyyətlə bağlı yardım etməli olduğuna inanır. Biz isə Avropa elitasının fərqli mövqedə olduğunu yaxşı bilirik. Onlar üçün ABŞ-ın mövqeyi önəmlidir. Bundan əlavə, Avropa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlı olmaya bilər. Ancaq sağlam düşüncəli avropalılar üçün gərginliyin azalması vacibdir və əlbəttə ki, bunun Rusiya üçün də əhəmiyyəti var. Moskvanın mövqeyi budur ki, sərhədboyu gərginlik ocaqlarının yaranmasından qaçmalıyıq. Cənubi Qafqazda münasibətlərin normallaşması Rusiya Federasiyasının prinsipial mövqeyidir”, - deyə professor bildirib.

Ekspert vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli müqavilələr çərçivəsində kağız üzərində əks olunan bütün şərtlər və imzalanan bütün müddəalar yerinə yetirilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri