Sen
2021
18:12
655
35
4645
Virtual karabakh

Rusiyalı hərbi ekspert: “Azərbaycan nəinki Ermənistanda, hətta Rusiyada da olmayan müasir silahlara sahibdir”

“Rusiyanın Zaqafqaziyada mövqeyi hər kəslə yaxşı münasibətlər qurmaqdan ibarətdir. Bu, ona bütün bölgədə dominant olmaqla köhnə, sovet strateji sərhədini bərpa etmək üçün lazımdır. O sərhəd ki, Rusiya imperiyasının dövründə də elə orada olub”.

Bu sözləri rusiyalı hərbi ekspert Pavel Felqenqauer Caliber.Az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu gün Rusiya Azərbaycanın daxil olmadığı KTMT çərçivəsində Ermənistanla hərbi müttəfiqlik edir, hətta Gürcüstanla diplomatik əlaqələri yoxdur.

“Amma Rusiya hər kəslə ittifaq qurmaq istəyir. Buna görə də, deyək ki, Azərbaycana qarşı Ermənistanın tərəfində olmaq Kremlin uzunmüddətli strateji hədəflərinə daxil deyil. Moskvada kifayət qədər nüfuzlu erməni lobbisi var, amma kifayət qədər nüfuzlu Azərbaycan lobbisi də var. Onlar müəyyən dərəcədə tarazlaşırlar”.

Hərbi ekspert deyir ki, Rusiyanın bölgədə hökmranlıq etməsi və bu ölkələr arasında problemləri öz arbitrajı ilə həll etməsi üçün ortaq bir istiqaməti var.

“Balansı saxlamaq üçün Rusiya həm Ermənistana, həm də Azərbaycana silah satıb. Amma Bakı pulla alıb, İrəvan isə kredit götürüb və borcu necə ödədiyi bəlli deyil. Buna baxmayaraq, Rusiya tarazlığı qorumağa çalışdı.

Düzdür, Rusiya Federasiyası tarazlığı elə də qoruya bilmədi, çünki Azərbaycanın tək Moskvadan deyil, başqa ölkələrdən də silah almaq imkanı var idi. Və bu gün Azərbaycan nəinki Ermənistanda, hətta Rusiyada da olmayan müasir silahlara sahibdir”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri