15 
Sen
2021
15:08
389
16
1467
Virtual karabakh

Hulusi Akar:“İstəyimiz Ermənistanın atəşkəsə əməl etməsidir”

15 Sen, 2021
15:08
1467

Hulusi Akar:“İstəyimiz Ermənistanın atəşkəsə əməl etməsidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib ki, Azərbaycana qarşı təhdidləri Türkiyə özünə qarşı edilmiş kimi qəbul edir.

Bu barədə o “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində çıxışı zamanı bildirib.

O qeyd edib ki, buna görə də lazımlı tədbirlərin əməkdaşlıqla həyata keçirilməli olduğunun fərqindəyik:

“Məqsədimiz bölgədə daimi sabitliyin, təhlükəsizliyin bərqərar olmasıdır”.

Akar bildirib ki, minaların təmizlənməsi istiqamətində də Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.

“Bizim istəyimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışlıq etməməsi, atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri