15 
Sen
2021
14:18
456
14
1978
Virtual karabakh

Şuşaya elektrik xətti ilə internet də veriləcək

15 Sen, 2021
14:18
1978

Şuşaya elektrik xətti ilə internet də veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. 

Bunu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında görülən işlər barədə məlumat verən zaman deyib.

O bildirib ki, ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir:

“Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri