15 
Sen
2021
14:44
154
14
1976
Virtual karabakh

“Azərişıq” Qarabağda neçə hektar faydalı torpaq sahəsinə qənaət edəcək?

15 Sen, 2021
14:44
1976

“Azərişıq” Qarabağda neçə hektar faydalı torpaq sahəsinə qənaət edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, dayanıqlı, ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib.

Bunu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Bakının Xəzər rayonunda yeni tikilmiş 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında Prezident İlham Əliyevə məruzə edib.

“Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 il tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanan dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri