15 
Sen
2021
17:08
208
24
1289
Virtual karabakh

Yevgeni Şevçenko: “Bakı Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşlərinin məkanına çevrilə bilər”

15 Sen, 2021
17:08
1289

Yevgeni Şevçenko: “Bakı Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşlərinin məkanına çevrilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən azərbaycanlılarla birlikdə sovet ordusunda xidmət etmişəm, xalqınızı yaxşı tanıyıram”.

Bu sözləri Ukrayna Ali Radasının deputatı Yevgeni Şevçenko Oxu.Az-a müsahibəsi zamanı deyib:

“Ümumiyyətlə, Şərqə xüsusi, isti münasibətim var (gülümsəyir - red.)”.

O, Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü üçün Bakının uyğun şəhər olacağını bildirib:

“Bakı bu cür görüşlərin məkanına çevrilə bilər. Azərbaycan həm bizim, həm də avropalılar üçün ən azı coğrafi baxımdan daha yaxındır. Və bizə - Ukraynaya və Rusiyaya - elə ölkə lazımdır ki, liderləri bizi tərcüməçi olmadan da anlaya bilsin. Mən təkcə dildən yox, mədəniyyət və ənənələrdən də danışıram”.

O, gündəmdə olan məsələlərdə Qərbin rolunun daha konstruktiv və ya dağıdıcı olmasına da aydınlıq gətirib:

“Mənə elə gəlir ki, konstruktiv olmaq istəyirlər, amma bacarmırlar. Hər şey onların Şərqdə iş təcrübələrinin olmaması ilə əlaqədardır. Mən ilk növbədə ABŞ-dan danışıram. Hər yerdə, Vyetnamda, Əfqanıstanda və s. yerlərdə uğursuz oldular.

Burada fərqli zehniyyət faktoru işləyir. Amerikalılar üçün mədəniyyət yalnız puldur. Ancaq bizdə hər şey fərqlidir, heç olmasa eyni zehni səviyyədəyik”.

Şevçenko eyni zamanda, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan barədə fikirlərini də dilə gətirib.

“Onunla dost olmağımız sirr deyil. Bir neçə gün əvvəl görüşdük. Aleksandr Lukaşenkonu çox nüfuzlu insan hesab edirəm. Bir-birimizi dinləyirik. Azərbaycana gəlincə, Aleksandr Qriqoryeviç sizin dövləti əməkdaşlıq edilməsi mümkün və lazım olan dost ölkə adlandırdı.

Yeri gəlmişkən, bəlkə Belarus haqqında bir film çəkdiyimi eşitmisiniz. Biz burada – “Ukrayna hər şeydən üstündür” deyə qışqırıb heç nə etmədiyimiz zaman, Belarus ölkəni Avropa modelinə uyğun, möhtəşəm yollarla, yaxşı həyat səviyyəsi ilə inkişaf etdirir, ukraynalılara isə həsəd aparmaq qalır.

Bəli, Aleksandr Lukaşenko bir mənada avtoritar liderdir, amma onsuz mümkün deyil, Kiyev Rus Dövlətinin tarixi də bunu göstərir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri