16 
Sen
2021
14:22
260
43
1875
Virtual karabakh

Nursultan Nazarbayev: “Qazaxıstan 2050-ci ildə dünyanın ən inkişaf etmiş 30 ölkəsindən biri olacaq” - VİDEO

16 Sen, 2021
14:22
1875

Nursultan Nazarbayev: “Qazaxıstan 2050-ci ildə dünyanın ən inkişaf etmiş 30 ölkəsindən biri olacaq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın paytaxtı Nur-Sultanda “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunun rəsmi açılışı keçirilib.

Oxu.Az xəbər verir ki, Qazaxıstan Dövlət katibi Krımbek Kuşerbayev Nursultan Nazarbayevin müraciətini forum iştirakçılarına oxuyub.

Müraciətdə forumun ilk dəfə olaraq onlayn formatda keçirilməsinin Avrasiyanın və dünyanın aktual problemlərinin əhəmiyyətinə, geniş müzakirəsinə heç bir təsir göstərmədiyi qeyd edilib.

Bildirilib ki, bu il Qazaxıstan dövlət müstəqilliyinin 30-cu ildönümünü qeyd edir və ölkə qarşısında yeni iddialı bir vəzifə var. Qazaxıstan 2050-ci ilə qədər dünyanın ən inkişaf etmiş 30 ölkəsindən biri olacaq.

Xatırladaq ki, bu il forumda ölkəmizi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi Kamran Həsənov, Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Orxan Səttarov təmsil edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri