17 
Sen
2021
10:31
29
610
6683
Virtual karabakh

İran prezidenti Paşinyanla görüşdü: Nələr müzakirə olunub? - MÖVQE

17 Sen, 2021
10:31
6683

İran prezidenti Paşinyanla görüşdü: Nələr müzakirə olunub? - MÖVQE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran prezidenti İbrahim Rəisi Tacikistanın paytaxtı Düşənbədə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Diqqət çəkən məqam: Bu görüş Gorus-Qafan yolunda yaranan vəziyyət dövrünə təsadüf edir. 

Ermənistan da, İran da hazırda Gorus-Qafan yolunda İrandan gələn yük avtomobillərinin Azərbaycan tərəfindən yoxlanılmasından narahatdır. Hər iki ölkənin iqtisadiyyatı ziyan çəkir, belə bir məqamda Rəisi-Paşinyan görüşü başadüşüləndir.

Görüşdəki müzakirələrin detalları açıqlanmır, hərçənd ki, son proseslərdən sonra bu detallara dair bəzi qənaətlər yaranır.

Sözsüz ki, İbrahim Rəisi ilə Nikol Paşinyan Gorus-Qafan yolunda post qurulması və Azərbaycanın İrandan Ermənistana gələn avtomobilləri yoxlaması məsələsini müzakirə edib.

İki ölkə arasında yük daşımalarının “fasiləsiz təşkili” və bölgədə gedən proseslərlə bağlı məsələlərin müzakirəsi (rəsmi məlumat) belə deməyə əsas verir.

Yəqin ki, onlar vəziyyətdən çıxış yolu üçün səylərin birləşdirilməsinin vacibliyini də bildiriblər.

Qeyd edək ki, Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir. Sentyabrın 16-da başlayan sammit bu gün yekunlaşacaq.

Təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi ölkələr, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Şri-Lanka, Ermənistan isə dialoq üzrə tərəfdaş ölkələrdir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri