22 
Sen
2021
01:22
212
26
2414
Virtual karabakh

Ceyhun Bayramov Viktoriya Nuland ilə görüşüb - FOTO/VİDEO

22 Sen, 2021
01:22
2414

Ceyhun Bayramov Viktoriya Nuland ilə görüşüb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqadar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.

Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb. Görüşdə tərəflər, habelə ikitərəfli əməkdşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri