22 
Sen
2021
13:16
441
113
15240
Virtual karabakh

Şirin, yoxsa xoruzun quyruğu? – İranın həqiqi siması üzə çıxdı - VİDEO

22 Sen, 2021
13:16
15240

Şirin, yoxsa xoruzun quyruğu? – İranın həqiqi siması üzə çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərdəbilin imamcüməsi ayətullah Seyid Həsən Amili ölkəmizə qarşı qərəzli çıxışları ilə tanınır.

İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi son olaraq Azərbaycan və Türkiyəyə qarşı çıxışları ilə gündəmə gəlib.

“Azad İran” “YouTube” kanalında yayımlanan videoda isə ayətullahın qərəzli və pafoslu çıxışının arxasında dayanan əsl məqamlar ifşa edilib.

Göstərilib ki, ayətullah Azərbaycana qarşı sərt çıxış etməsinə əsas kimi Milli Məclisin deputatının İranla bağlı çıxışındakı fikirləri göstərib. Lakin həmin fikirlər kontekstdən çıxarılıb və əsl məzmunu dəyişdirilərək şərh edilib. Üstəlik həmin ifadələr ayətullahın iddia etdiyi kimi Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri zamanı da səsləndirilməyib.

Seyid Həsən Amili bununla əslində ölkəsinin Azərbaycanda keçirilən təlimlərdən və 44 günlük müharibədən sonra Azərbaycanla Türkiyənin regionda artan nüfuzundan duyduğu narahatlığa başqa don geyindirməyə çalışıb.

Ətraflı videoda:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri