24 
Sen
2021
19:04
230
20
923
Virtual karabakh

Azərbaycanın təşəbbüsü ilə BMT-də minaların insan hüquqlarına təsiri barədə bəyanat yayılıb

24 Sen, 2021
19:04
923

Azərbaycanın təşəbbüsü ilə BMT-də minaların insan hüquqlarına təsiri barədə bəyanat yayılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və dünyanın müxtəlif regionlarından olan 27 BMT üzv dövlətinin həm-müəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir ki, səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur və dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.

Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri