25 
Sen
2021
23:45
336
26
2707
Virtual karabakh

Soydaşlarımız ABŞ-da BMT-nin binası önündə etiraz aksiyası keçiriblər - FOTO

ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında BMT-nin baş qərargah binasının önündə etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd 27 sentyabrda başlayan və 44 gün davam Vətən müharibəsi şəhidlərini yad etmək və BMT-nin Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini Baş Assambleyanın 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan dünya liderlərinin və diplomatların diqqətinə çatdırmaqdır.

Əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən həmvətənlərimiz BMT-dən ədalət tələb ediblər.

Aksiyada çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər.

Aksiya iki saat ərzində davam edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri