27 
Sen
2021
01:46
396
14
2190
Virtual karabakh

Kanada mediasında dünya azərbaycanlılarının 27 sentyabrı Anım Günü kimi qeyd etmələrindən bəhs edilib - FOTO

27 Sen, 2021
01:46
2190

Kanada mediasında dünya azərbaycanlılarının 27 sentyabrı Anım Günü kimi qeyd etmələrindən bəhs edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın https://www.thej.ca  yəhudi xəbər portalında 27 sentyabr – Anım Gününə həsr olunmuş “Azərbaycanda II Qarabağ müharibəsinin ildönümü ilə əlaqədar anım günü qeyd olunur” sərlövhəli məqalə yerləşdirilib.

Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, 27 sentyabr tarixini – II Qarabağ müharibəsinin başladığı günü dünya azərbaycanlıları Anım Günü kimi qeyd edirlər. “Möhtəşəm qələbəyə görə minnətdarlıq əlaməti olaraq Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının 27 sentyabr tarixini Anım Günü kimi qeyd etmələrini, Azərbaycan hərbçilərinin xalqın azadlığı uğrunda canlarını fəda etmələrinin heç vaxt unudulmamasını təsbit edən sərəncam verdi”, - deyə müəllif əlavə edib.

Müharibə dönəmində və sonra Ermənistan hökumətinin və erməni diasporunun I və II Qarabağ müharibəsi həqiqətlərini təhrif etmək, sülh razılaşmasına zidd davranışa cəhdlərini xatırladan siyasi şərhçi hesab edir ki, Azərbaycan xalqı milli yaddaşın heç vaxt silinməməsi naminə resurslarını həqiqətin qorunmasına və maariflənməyə sərf etməlidir. “Buna görə də bütün dünyada azərbaycanlılar 27 sentyabr tarixini Anım Günü kimi qeyd edirlər”, - deyə müəllif nəzərə çatdırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2021/09/23/azerbaijan-commemorates-memorial-day-marking-anniversary-of-second-karabakh-war/

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri