27 
Sen
2021
10:22
708
10
1136
Virtual karabakh

İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu” - VİDEO

27 Sen, 2021
10:22
1136

İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün – Anım Günündə öz təşəkkürümü bildirmək istəyirəm”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

O bildirib ki, qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular.

“Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi. Biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi”.

İlham Əliyev müharibə dövründə Azərbaycana siyasi dəstək göstərən digər dövlətlərə də minnətdarlığını bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri