27 
Sen
2021
11:20
511
9
2229
Virtual karabakh

İqor Korotçenko: “Bir il əvvəl Ermənistan birinci genişmiqyaslı zərbə ilə Azərbaycan ərazisinə hücum etdi”

27 Sen, 2021
11:20
2229

İqor Korotçenko: “Bir il əvvəl Ermənistan birinci genişmiqyaslı zərbə ilə Azərbaycan ərazisinə hücum etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azı üç məlumatlı və yüksək rütbəli mənbədən (azərbaycanlı deyil!) mənə bildirilib ki, 2020-ci il sentyabrın 27-si məhz Ermənistan Silahlı Qüvvələri bədnam “Tonoyan doktrinası”nı işə salaraq artilleriya, reaktiv yaylım atəşi sistemlərindən istifadə etdi və Azərbaycan ərazisinə genişmiqyaslı zərbə endirdi”.

Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, bu təxribatın planı Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən 2020-ci ilin avqustunda hazırlanıb və təsdiqlənib.

“İrəvanda, Ermənistan tərəfinin başladığı qarşılıqlı “atışmaların” beş-altı gün davam edəcəyi, bununla da sona çatacağı, Ermənistanın isə bir daha “cəsarətli şücaət və güc” nümayiş etdirəcəyi düşünülürdü. “Qopnik”lər (quldurlar - red.) qorxutmaq istəyəndə belə edirlər.

Ermənistan Azərbaycanı “tonusda” saxlamaq istəyirdi. Bakı buna cavab olaraq təxribatçının tam cəzalandırılması barədə qərar qəbul etdi – “Dəmir yumruq” əks-hücum əməliyyatı ən qətiyyətli hədəflərlə başladı. Artıq beşinci gün Ermənistan Müdafiə Nazirliyi qoşunların mərkəzləşdirilmiş idarəetməsini itirdi. 44 gündən sonra Ermənistan ordusu darmadağın edildi, İrəvan kapitulyasiya etdi”, - deyə İ.Korotçenko sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri