27 
Sen
2021
11:46
572
12
743
Virtual karabakh

Prezident: “Azğınlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü” - VİDEO

27 Sen, 2021
11:46
743

Prezident: “Azğınlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi”. 

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev bu gün Anım Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib. 

“Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”, - dövlət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri