28 
Sen
2021
10:08
302
8
922
Virtual karabakh

Bakı-Ankara əlaqələri daha da inkişaf edəcək - ŞƏRH

28 Sen, 2021
10:08
922

Bakı-Ankara əlaqələri daha da inkişaf edəcək - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümü münasibətilə xalqa müraciətində Türkiyəyə təşəkkür edib.

İlham Əliyev deyib:

“Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi. Biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi”.

Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu Oxu.Az-a açıqlamasında Bakı-Ankara arasındakı strateji müttəfiqlik əlaqələrini şərh edib.

Ekspert bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Ankara Bakıya daim dəstək olmağa çalışıb.

Onun sözlərinə görə, münasibətlərin inkişafı hərbi əməkdaşlığın dərinləşməsinə və əlaqələrin strateji müttəfiqlik səviyyəsinə gəlib çıxmasına səbəb olub.

“Biz Türkiyə-Azərbaycan əlaqələrinin cari vəziyyətini çox asanlıqla, müttəfiqlik, qardaşlıq əlaqələri kimi xarakterizə edə bilərik”, - deyə S.Çolakoğlu əlavə edib.

Politoloqun fikrincə, Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanması həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin məhsuludur.

“Azərbaycan-Türkiyə əlaqələri daha irəli bir mövqeyə keçib”, - deyən ekspert bu əlaqələrin regionun perspektivi üçün əhəmiyyətini də vurğulayıb.

“Bu əlaqələr elə bir səviyyəyə gəlib ki, regional tarazlıq Ankara və Bakının maraqları kontekstində önə çıxarılır. İki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsi gözlənilir. Bu mənada Bakı-Ankara ittifaqı regional siyasətdə də bir sıra dəyişikliklərə gətirib çıxara bilər”, - deyə o, fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri