Okt
2021
12:56
356
13
1726
Virtual karabakh

Andrey Çuprıgin: “Azərbaycan kiminlə dost olacağına özü qərar verə biləcək iqtidardadır”

8 Okt, 2021
12:56
1726

Andrey Çuprıgin: “Azərbaycan kiminlə dost olacağına özü qərar verə biləcək iqtidardadır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran Xarici İşlər Nazirliyinin yeni rəhbərinin Moskvaya tanışlıq üçün gəldiyi göz qabağındadır. Sirr deyil ki, Sergey Lavrovla İranın keçmiş xarici işlər naziri Cavad Zərif arasında yaxşı işgüzar münasibətlər olub, onlar bir-birini başa düşüblər. İran Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri isə, necə deyərlər, fərqli “düşərgənin” insanıdır”.

Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Şərq Elmləri Məktəbinin baş müəllimi, Yaxın Şərq üzrə ekspert Andrey Çuprıgin bu barədə Oxu.Az-a müsahibəsində bildirib.

O qeyd edib ki, ikinci məqam Xəzər dənizində baş verən hadisələrlə bağlı İranın narahatlığına Rusiyanın necə reaksiya verəcəyinin qiymətləndirilməsi idi.

“İran, mənim fikrimcə, çox aydın cavab aldı. Moskvadan başqa bir mesaj gəldi - üçüncü ölkələr vasitəsilə suveren dövlətlərə təsir etməyə çalışmamalısınız. Azərbaycanın özü kiminlə və kimə qarşı dost olacağına qərar verə biləcək iqtidardadır.

Amma sionistlərin hekayəsi məni narahat etdi. Bu, Azərbaycanın İsrail ilə təhlükəsizlik məsələlərində əməkdaşlığına açıq bir istinaddır. İranın əvvəlki rəhbərliyi dövründə İsrail əleyhinə çıxışlar tez-tez olurdu, amma arxa plana çəkilirdi. Ancaq indi İranda bu mövzu yenidən gündəmə gəlir”.

Ekspert vurğulayıb ki, Tehran Yaxın Şərqdə anti-İran yox, kontr-İran alyansının yaranmasından narahatdır:

“Söhbət ərəb ölkələri ilə İsrailin koalisiyasından gedir. İndiki İran siqnalları yaxşı oxumur. Və yəqin ki, bu, faktiki olaraq ölkəyə rəhbərlik edən mənəvi liderin, belə desək, qocalmasından irəli gəlir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri