12 
Okt
2021
21:49
192
26
933
Virtual karabakh

Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələr aparılacaq – FOTO

12 Okt, 2021
21:49
933

Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələr aparılacaq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikası xarici işlər naziri Odonqo Jeje Abubakar ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Uqandanın Qoşulmama Hərəkatında 2023-cü ilin sonunda sədrliyi həyata keçirəcəyi və bu xüsusda, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edən nazirlər, Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələrin aparılmasını qərara alıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri