15 
Okt
2021
12:06
380
15
5530
Virtual karabakh

Millət vəkilindən antiterror əməliyyatı AÇIQLAMASI

15 Okt, 2021
12:06
5530

Millət vəkilindən antiterror əməliyyatı AÇIQLAMASI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən gün Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən açılan atəşlə Azərbaycan əsgəri şəhid olub. İrəvan məcburiyyətdən başqa yol buraxmır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov deyib. O daha sonra bildirib:

“Ermənistan Vətən müharibəsində kapitulyasiya aktına imza atmağa məcbur edildi. Ermənistan indi elə siyasət yürüdür ki, deyəsən yekun sülh sazişinə də “Dəmir yumruq”la imza atacaq”.

B.Məhərrəmov əlavə edib ki, Qarabağdakı qanunsuz erməni silahlıları ya sülhməramlıların nəzarətində olan ərazilərdən çıxmalı, ya da könüllü təslim olmalıdırlar.

“Əks təqdirdə antiterror əməliyyatları keçirilə bilər və proses belə davam edəcəyi təqdirdə keçirilməlidir”, - deyə millət vəkili qeyd edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri