19 
Okt
2021
15:24
231
17
3497
Virtual karabakh

On ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

On ölkənin - Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Onlar ölkənin məhkəmə işlərinə müdaxilə etməkdə günahlandırılırlar.

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay hüquq müdafiəçisi Osman Kavalanın azad edilməsini tələb edən on ölkənin səfirlərini məhkəmə işlərinə müdaxilə etməkdə günahlandırıb.

“Bəzi ölkələrin səfirləri fəaliyyət göstərdikləri ölkənin müstəqilliyinə, eləcə də məhkəmələrin müstəqilliyinə hörmət göstərməli olduqları halda, səlahiyyətlərini aşaraq “siyasətin məhkəmə işlərinə müdaxiləsini” tələb ediblər. Türkiyədə məhkəmə müstəqildir və Türkiyə tamamilə müstəqil bir ölkədir. Hüquqi prosesə müdaxilə etmək istəyənlər bu istəklərini öz ölkələrində davam etdirə bilərlər”, - deyə Oktay “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Kavala dövlət çevrilişinə cəhddə ittiham edilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri